Layihə Haqqında

Layihə Haqqında

Bu sayt Azərbaycan Resbublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilir və yazılan məlumatlarla bağlı fond məsuliyyət daşımır.




Qısa təsvir
İnkisafYolu.az, gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə hazırlanmış interaktiv veb saytdır. Bu saytda istifadəçilərə öz bilik və bacarıqlarını artırmaq üçün resurslar təqdim edilir, eyni zamanda onların fərdi hədəflərini müəyyənləşdirərək uğurlu bir karyera qurmaqda dəstək oluruq. Sayt, istifadəçilərin maraqlarına uyğun təhsil materialları, onlayn kurslar, praktiki təlimlər, mentorluq proqramları və öz inkişafını izləmək üçün fərdi planlar təklif edəcəkdir. Gənclərin iş dünyasına uğurlu addım atmaları və sosial bacarıqlarını inkişaf etdirmələri üçün nəzərdə tutulmuş bu layihə həm də müxtəlif sahələrdə peşəkar mütəxəssislərin tövsiyələrini təqdim edəcəkdir. Və eyni zamanda peşəkar mütəxəssislərlə əlaqə qurmağa dəstək verəcəkdir.

Layihənin məqsədi
"İnkisafYolu.az" layihəsinin məqsədi, gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləyən, bilik və bacarıqlarını artırmalarına kömək edən innovativ və əlçatan rəqəmsal sayt yaratmaqdır. Əsas məqsədimiz isə bunlardır: Təhsil Resurslarının əlçatan olmasını asanlaşdırmaq, şəxsi inkişafı təşviq etmək, peşəkar hazırlığı, rəqəmsal təhsil imkanları təmin etmək, motivasiya və ilham vermək.


Problemin təsviri
Gənclərin şəxsi və peşəkar inkişafı sahəsində bir çox problem mövcuddur. Bu problemləri sadalaya bilərik: Təhsil Resurslarınən əl çatan olmaması, Şəxsi İnkişaf planının olmaması, Peşəkar məsləhət və mentorluq çatışmazlığı, İş Bazarı ilə Uyğunsuzluq, Rəqəmsal təhsil platformalarının çatışmazlığı və s. Bu problemlər yalnız fərdi səviyyədə deyil, eyni zamanda cəmiyyətin ümumi inkişafına da mənfi təsir göstərir. Gənclərin əmək bazarına uyğunlaşa bilməməsi onların işsiz qalmasına və ölkənin iqtisadi inkişafına mənfi təsir göstərir. Təhsil və şəxsi inkişaf imkanlarından məhrum olan gənclər, ölkənin insan kapitalının inkişafında ciddi boşluqlara səbəb olur. Bu problemləri həll etmək üçün nəzərdə addımlar bunlardır:
Gənclərə lokal və əlçatan təhsil resursları təqdim etmək, Şəxsi inkişaf üçün planlar hazırlamaq və interaktiv alətlər təqdim etmək, Gəncləri mentorlarla əlaqələndirmək və onlara peşəkar məsləhətlər vermək, Əmək bazarına uyğun təlimlər və kurslar vasitəsilə iş tapmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, Azərbaycan dilində, rahat və istifadəsi asan bir rəqəmsal platforma yaratmaq. Düşünürük ki, layihə sayəsində problemlərin təsiri minimuma enəcək, gənclərin potensialını reallaşdırmalarına dəstək verəcəkdir.

Sayta daxil olduqda istifadəçi təcrübəsini yaxşılaşdırmaq və məzmunu fərdiləşdirmək üçün kukilərdən və digər izləmə texnologiyalarından istifadə edə bilərik daha çox öyrənin

İcazə verin